Şəhid Elçin Kərimbəylinin doğum günü qeyd olunub - FOTO
1333
04 Aug 2026 | 15:20

Şəhid Elçin Kərimbəylinin doğum günü qeyd olunub - FOTO

04 avqust 2026-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin doğum günü münasibətilə məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Moderator.az xəbər verir ki, Elçin Kərimbəyli 20 aprel 2011-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə mütəmadi diqqət və qayğı göstərilir, onların sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər