Bizi sosial şəbəkələrdən izləyin:
Aktyor Kamran Ağabalayev İtaliyaya yollanıb.
Moderator.az xəbər verir ki, aktyor hazırda Milan şəhərindədir. O, İtaliyadan görüntüləri sosial media hesabında paylaşıb.
Kamran Ağabalayevin Milan səfərinin səbəbi reklam çəkilişidir. Aktyor İtaliyanın məşhur brendlərindən birinin reklam layihəsində rol alacaq.
Kamran çəkilişlə bağlı hələlik təfərrüatları açıqlamayıb. Aktyor yalnız yaxın günlərdə əməkdaşlıq etdiyi brendin adını açıqlayacağını bildirib. /Musavat.com/