İranda din xadimi öldürüldü - FOTO
1421
20 Jul 2026 | 11:38

İranda din xadimi öldürüldü - FOTO

Bu gün səhər saatlarında İranın Mircavə şəhərində din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumu nəticəsində öldürülüb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
O, sözügedən şəhərdəki məscidlərdən birinin imamı olub.
 
Bildirilib ki, din xadimi aldığı güllə yarasından hadisə yerində ölüb.
 
Qətli törədən şəxslərin kimliyi və hücumun motivi barədə hələlik rəsmi açıqlama verilməyib. Faktla bağlı araşdırma apardığı bildirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər