İcra başçısı 3 qurumu birləşdirib rəis təyin etdi - FOTO
1477
20 Jul 2026 | 10:10

İcra başçısı 3 qurumu birləşdirib rəis təyin etdi - FOTO

Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilib.
 
Moderator.az "Unikal"a istinadla xəbər verir ki, Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC yaradılıb.
 
Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər