1642
19 Jul 2026 | 13:18

"Bu, Kiyevə qarşı ən kütləvi ballistik hücumlardan biri idi" - Zelenski

 
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya gecə saatlarında Kiyevə qarşı ən kütləvi ballistik hücumlardan birini həyata keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.
 
Ballistik raketlər və yüzlərlə hava hədəfi
Onun sözlərinə görə, hücum zamanı 40-dan çox müxtəlif tipli raket, əksəriyyəti paytaxta yönəlmiş ballistik raketlər, həmçinin 120-dən çox zərbə PUA-sı istifadə olunub. Ukrayna Hərbi Hava Qüvvələri isə ümumilikdə 41 raket və 126 pilotsuz aparatın buraxıldığını açıqlayıb. 
Hücumda "İsgəndər-M/S-400" ballistik raketləri, "Sirkon", "Oniks", X-59/69 raketləri və "Shahed" tipli dronlardan istifadə edilib. Hava hücumundan müdafiə qüvvələri 126 hava hədəfini vurduğunu bildirsə də, raketlərin və PUA-ların bir hissəsi hədəflərə çatıb.
 
Rusiya zərbələrinin dağıdıcı xüsusiyyəti
 
Ekspertlərin fikrincə, Rusiya son aylarda təkcə ballistik raketlərə deyil, Tu-22M3 bombardmançılarından buraxılan X-22 və X-32 qanadlı raketlərinə də daha çox üstünlük verir. Bu raketlərin döyüş başlığının çəkisi 900 kiloqramdan 1 tona qədər olduğundan, yaşayış binalarına düşdükdə təkcə bir neçə mərtəbəni deyil, bütöv girişləri (podyezdləri) dağıda bilir.
Mütəxəssislər bildirir ki, bu tip raketlərin qarşısını almaq üçün təkcə PAC-3 deyil, həm də PAC-2 tipli "Patriot" raketlərinin sayının artırılması vacibdir. Onların sözlərinə görə, Ukraynanın bütün şəhərlərini belə hücumlardan qorumaq üçün mövcud hava hücumundan müdafiə imkanları hələ də kifayət etmir.
 
Hücumlar və əks-zərbələr davam edir
 
Zelenski vurğulayıb ki, ballistik raketlərdən müdafiə hazırda Ukrayna üçün əsas prioritetdir və yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü hər kütləvi hücum zamanı insanların həyatını xilas edir.
 
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri gecə saatlarında Krımda və işğal olunmuş ərazilərdə 13 elektrik yarımstansiyasını, həmçinin Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid bir neçə gəmini vurduğunu açıqlayıb. Ukrayna tərəfi bildirir ki, bu zərbələr Rusiyanın enerji və hərbi logistika imkanlarını zəiflətməyə yönəlib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər