Rusiya NATO ilə
1902
10 Jul 2026 | 14:52

Rusiya NATO ilə "böyük müharibə"yə dron ordusu hazırlayır - "Forbes"

 
Rusiya pilotsuz uçuş aparatları sahəsində hazırlığını sürətləndirir. Avqustda keçiriləcək ənənəvi "Dronnitsa" forumunun əsas mövzusu bu il NATO ilə mümkün "böyük müharibə"yə hazırlıq olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "forbes.com" nəşri yazıb.
 
Rusiya üzrə PUA mütəxəssisi Samuel Bendett bildirir ki, forumda dron operatorları, hərbçilər və istehsalçılar yeni texnologiyaları, döyüş təcrübəsini və müasir taktikanı müzakirə edəcəklər. Onun sözlərinə görə, söhbət siyasi bəyanatlardan deyil, mümkün hərbi ssenarilər üçün texniki hazırlıqdan gedir.
Məqalədə qeyd olunur ki, Moskva Ukrayna müharibəsindən çıxarılan nəticələr əsasında pilotsuz sistemlərə xüsusi diqqət yetirir. Analitiklər Rusiyanın son aylarda Baltik regionu yaxınlığında yeni hərbi bazalar tikdiyini, eyni zamanda "Shahed" zərbə dronları və FPV pilotsuz aparatlarının sayını artırdığını bildirirlər. 
 
Bununla belə, Bendett Rusiyanın NATO-ya hücumunun qaçılmaz olduğunu iddia etmir, lakin belə hazırlığın diqqətdən kənarda qalmamalı olduğunu vurğulayır. Müəllif həmçinin ABŞ-İran qarşıdurmasının dronların yaxşı qorunan hərbi obyektlərə qarşı effektivliyini nümayiş etdirdiyini qeyd edir. Gözlənilir ki, forumda Qərb zirehli texnikasına, hava hücumundan müdafiə sistemlərinə və aviabazalara qarşı yeni taktika və Rusiya hərbi sənayesinin yeni layihələri təqdim olunacaq.
 
Nəşr sonda vurğulayır ki, NATO ölkələri Rusiyanın pilotsuz texnologiyalarını yaxından izləməli, öz dron imkanlarını gücləndirməli və kollektiv müdafiə qabiliyyətini artırmalıdır. Bununla yanaşı, bir sıra Qərb rəsmiləri Rusiyanın yaxın illərdə NATO üçün hərbi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər