Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub - FOTO
1343
09 Jul 2026 | 12:03

Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib.
 
Bu barədə Moderator.az-a ƏƏSMN-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
 
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
 
Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Link kopyalandı!
Son xəbərlər