Dünya çempionatında Ronaldo göz yaşlarına boğuldu, Tramp və FİFA qalmaqalı isə böyüyür - BBC
1408
08 Jul 2026 | 15:38

Dünya çempionatında Ronaldo göz yaşlarına boğuldu, Tramp və FİFA qalmaqalı isə böyüyür - BBC

 
2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliya İspaniyaya 0:1 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Bununla da 41 yaşlı Kriştianu Ronaldonun dünya çempionu olmaq arzusu reallaşmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Ronaldo dünya çempionu ola bilmədi
Nəşr yazır ki, matçın son dəqiqələrində buraxılan qoldan sonra meydanda göz yaşlarını saxlaya bilməyən ulduz futbolçu dünya çempionluğu titulunu karyerasına əlavə edə bilmədən mundialla vidalaşıb. Ulduz futbolçu bunun son dünya çempionatı olduğunu desə də, gələcək qərarını tələsmədən verəcəyini bildirib. Portuqaliya millisinin baş məşqçisi Roberto Martines isə məğlubiyyətdən sonra istefa verdiyini açıqlayıb.
 
Trampın müdaxiləsi ABŞ-ni xilas etmədi
 
ABŞ millisi Belçikaya 1:4 hesabı ilə məğlub olaraq dünya çempionatı ilə vidalaşıb. Komandanın hücumçusu Folarin Baloqun qırmızı vərəqəyə görə bu oyunu buraxmalı idi. Lakin ABŞ prezidenti Donald Trampın FİFA prezidenti Canni İnfantinoya müraciətindən sonra futbolçunun cəzası dayandırılıb və o meydana çıxıb. Buna baxmayaraq, Baloqun qol vura bilməyib və ABŞ turnirdən kənarda qalıb.
FİFA qərarı sərt tənqid olunur
 
FİFA-nın Baloquna oynamaq icazəsi verməsi futbol aləmində ciddi narazılıq yaradıb. Bir sıra futbol xadimləri və federasiyalar qərarın siyasi təsir altında qəbul edildiyini iddia ediblər. FİFA-nın keçmiş prezidenti Zepp Blatter bildirib ki, qırmızı vərəqələr siyasi telefon zəngləri ilə deyil, yalnız qaydalar əsasında ləğv oluna bilər. Məşhur məşqçi Yurgen Klopp da Tramp və İnfantinonun bu məsələyə müdaxilə etdiyi iddialarının futbolun nüfuzuna zərbə vurduğunu vurğulayıb. FİFA isə qərarın müstəqil şəkildə qəbul edildiyini açıqlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər