Bizi sosial şəbəkələrdən izləyin:
Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
Moderator.az xəbər verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.
Qeyd edək ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə isə 18 ailə (72 nəfər) köçürülüb.