Anar Bağırov vətəndaş qəbulu keçirib - FOTO
1311
08 Jul 2026 | 10:32

Anar Bağırov vətəndaş qəbulu keçirib - FOTO

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib.
 
Bu barədə Moderator.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
 
Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan qəbul zamanı vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər hərtərəfli araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.
 
Qəbul çərçivəsində vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli istiqamətində ətraflı müzakirələr aparılıb, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi izahlar, praktiki tövsiyələr və zəruri məsləhətlər verilib.
 
Eyni zamanda operativ həlli mümkün olan müraciətlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər