Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 15 nəfər xəsarət aldı - FOTO
1335
08 Jul 2026 | 09:25

Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 15 nəfər xəsarət aldı - FOTO

Türkiyənin şimal-qərbindəki Bolu vilayətində sərnişin avtobusunun qəzaya uğraması nəticsəində 15 nəfər xəsarət alıb.
 
Moderator.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
 
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus öncə baryerə, daha sonra yol kənarındakı lövhəyə çırpılıb. Nəticədə 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Hadisə ilə bağlı araşdırma başladılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər