Əlisəttar Atakişiyev həqiqətənmi Rusiyada qocalar evində dünyasını dəyişib?- Qohumu İLK dəfə AÇIQLADI - ÖZƏL
2846
05 Jul 2026 | 08:11

Əlisəttar Atakişiyev həqiqətənmi Rusiyada qocalar evində dünyasını dəyişib?- Qohumu İLK dəfə AÇIQLADI - ÖZƏL

Kinorejissor Əlisəttar Atakişiyev “Sehrli xalat”, “Bir qalanın sirri”, “Bizim küçə” və saysız-hesabsız filmləri ilə adını kino sənətinə qızıl hərflərlə yazdırmağı bacarıb. Rejissor haqda yayılan şayələrdən biri də sənətkarın Moskvadakı qocalar evində dünyasını dəyişməsi ilə bağlı idi.
 
Sənətkarın yaxın qohumu Aqşin Mirfeyzullazadə Moderator.az-a verdiyi açıqlamada onun Moskvada qocalar evində dünyasını dəyişməsi ilə bağlı xəbərləri təkzib edib:
"Əlisəttar əmi.. Biz ona "əmi" deyə müraciət edirik. Mənim Lətif babamın doğma dayısı olub Əlisəttar Atakişiyev. Son zamanlar onun haqda yayılan şayələrdən biri də qocalar evində dünyasını dəyişməsi ilə bağlı idi. Bu belə olmayıb. Əlisəttar Atakişiyev kino və veteranlar evində yaşayıb. O da qocalar evi deyildi.. Ora da Rusiyanın sayılıb-seçilən teatr və kino xadimləri üçün xüsusi yaradılmış yerdir. Əlisəttar Atakişiyev ora Ulu Öndər Heydər Əliyevin xüsusi dəstəyi və tapşırığı ilə yerləşdirilib. Ömrünün son günlərini də orada yaşayıb. Əlisəttar Atakişiyevin oğlunun 90-dan çox yaşı var. Kanadada yaşayır. Əlaqələr yaratmışıq, inşAllah ki, onunla görüş təşkil edəcəyik. Əlisəttar əmi Stanislavskinin nəvəsi ilə ailə həyatı qurmuşdu".
Rejissorun qohumu bildirib ki, Əlisəttar Atakişiyev Moskvada dəfn olunub:
"Müşfiq Hətəmov o vaxtı "Azərbaycanfilm" kinostudiyasının rəhbəri olanda ilk etdiyi xeyirxah işlərdən biri də o oldu ki, Əlisəttar Atakişiyevin məzarının üstünü götüzdürdü, bərpa etdirdi. Bir neçə dəfə məzarın Bakıya gətirilməsi ilə bağlı müəyyən müzakirələr etmişik. Yaxşı olardı ki, məzarı Bakıya gətirilsin. Moskvada qohumlar var, Əlisəttar Atakişiyevin bir bacısının nəvə-nəticəsi oradadır. Gedib məzarı ziyarət edirlər. Biz istərdik ki, məzarı Bakıda olsun və hər il onun anım günündə, kino günündə sənətkarlar gedib ziyarət edərdi. Dekabr ayının 25-də Əlisəttar Atakişiyevin 120 yaşı tamam olur. Biz çox istərdik ki, bu yubiley dövlət səviyyəsində qeyd olunsun".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər