“Ehtiyacı olana bəxş etmək - şəxsi xoşbəxtliyə, hətta neyrofizioloji sağlamlığa aparan yoldur...”- ARAŞDIRMA
Elm və Təhsil
301
17:47, Bu gün

“Ehtiyacı olana bəxş etmək - şəxsi xoşbəxtliyə, hətta neyrofizioloji sağlamlığa aparan yoldur...”- ARAŞDIRMA

“Bir insan başqasına pul bəxş etdikdə beyninin akumbens nüvəsi aktivləşir...”(Söhbət rüşvət verməkdən yox, təmənnasız yardım etməkdən gedir...)
 
İslamda və nevrobioogiyada səxavət: Niyə bəxş etmək beyin və ruha fayda verir?..
 
“Heyvanlar da bir-birlərinə nəsə bağışlayır, fədakarlıq edirlər...”
 
“Peyğəmbər əleyhissəlam ﷺ öyrədir ki, qonşuya sadəcə gülümsəmək belə, sədəqədir...”
 
Moderator.az bira sıra oxucuların belə mövzulara marağını nəzərə alaraq “İslamnews” nəşrində dərc olunmuş “İslamda və nevrobioogiyada səxavət: Niyə bəxş etmək beyin və ruha fayda verir?” başlıqlı araşdırma yazısının tərcüməsini təqdim edir:
“Bəzən özümüzün bir şeyi itirməyimiz  bahasına başqalarına nəsə verəndə səxavətin yalnız mənəvi bir borc olduğunu hiss edirik. Lakin həm müasir elm, həm də İslam ənənəsi təəccüblü bir kəşfdə həmfikirdir: başqasına, ehtiyacı olana nəsə bəxş etmək - nəsə itirmək deyil, şəxsi rifaha, xoşbəxtliyə və hətta neyrofizioloji sağlamlığa aparan birbaşa yoldur. 
 
Uca Allah Quranda buyurur: 
“Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər” (Bəqərə surəsi, 2:274).
 
İslamda səxavət haqqında çox şey yazılıb. Bu məqalədə nadir hallarda müzakirə olunan aspektlərə toxunmaq istərdik:
 
Səxavət hissi hətta heyvanlarda belə, mövcuddur...
Fədakar hərəkətlərə qadir olan yalnız insanlar insanlar deyil. Etoloqlar uzun müddətdir ki, başqalarının xeyrinə olan altruistik davranışın bir çox canlı növlərində olduğunu qeyd edirlər. Qarışqalar, arılar və termitlər - bu sosial həşəratlar özlərini qurban verməyə hazır olmaqlarıyla tanınırlar: onlar könüllü olaraq öz nəsillərini artırmaqdan imtina edir və bütün həyatlarını bütövlükdə koloniyanın rifahına qayğı göstərməyə sərf edirlər... 
Qida paylaşımı müxtəlif primat növlərində müxtəlif formalarda olur. Yetkinlər balalarını, erkəklər dişiləri, dişilər isə erkəkləri bəsləyirlər. Primatlar hətta tamamilə tanımadıqları insanlarla belə səxavətlə qida paylaşırlar. Laboratoriya təcrübələrində bonobo meymunları heç bir görünən fayda əldə etmədən müntəzəm olaraq bir-birlərinə qoz-fındıq yediriblər...
 
Təkamül biologiyası bunu genetik məqsədəuyğunluqla izah edir: növün yaşaması qarşılıqlı yardım tələb edir. Lakin mömin üçün bu, kor təkamülün təzahürü deyil, əvvəldən qarşılıqlı yardım və mərhəmət prinsiplərini yaradılış təbiətinə aşılayan Yaradanın müdrikliyinin təzahürüdür.... 
 
Peyğəmbərimiz Məhəmməd ﷺ əleyhissəlam buyurur: 
"Canlı bir varlığa edilən hər yaxşı işin mükafatı var..." 
 
Başqalarına qayğı göstərmək üçün mürəkkəb mexanizmləri ilə təbiətin özü bizim üçün bir əlamətdir və bizə səxavətin böyük dəyərini xatırladır...
 
Neyrobiologiya: Nəsə bəxş etdiyimiz zaman beynimizdə hansı proseslər gedir?..
 
Müasir neyrobiologiya 1400 il əvvəl Quranda açıqlanan həqiqətləri təsdiqləyir. 2017-ci ildə beynəlxalq alimlər qrupu səxavətin xoşbəxtliklə necə əlaqəli olduğunu anlamaq üçün funksional maqnit rezonans görüntüləməsindən ("fMRT") istifadə edərək bir təcrübə aparıb. İştirakçılara pul verilib və onlardan həmin vəsaitin bir hissəsini başqalarına xərcləmələri istənilib. Nəticə heyrətamiz olub: sadəcə səxavətli olmaq vədi, hətta davranışın özündən əvvəl belə,  iştirakçılarda xoşbəxtlik hissləri oyadıb. Bir insan başqasına pul bəxş etdikdə(rüşvət yox, təmənnasız yardım kimi-S.L.)  beyninin mükafatlara və ya zövq almağa cavab verən eyni sahələri (akumbens nüvəsi) aktivləşir.
"Qucaqlaşma hormonu" adlanan oksitosin elm adamları üçün xüsusilə maraqlı olub. Həmin hormon burunlarına yeridilmiş iştirakçılar onu qəbul etməyənlərə nisbətən 80% daha səxavətlilik nümayiş etdiriblər... Müsəlman üçün bu, sadəcə kimyəvi reaksiya deyil. Bilirik ki, Allah rizası üçün səmimi qəlbdən edilən hər bir yaxşı əməl bizə öz növbəsində savab ilə qayıdır...
 
Səhih bir hədisdə Peyğəmbərimiz ﷺ buyurur: "Həqiqətən, Allah bu dünyada hər kəsə maddi nemətlər verir, lakin həqiqəti anlamaq bacarığını çox az insana bəxş edir." 
 
Səxavət yalnız daxili harmoniya tapmaq üçün bir yol deyil, həm də Yaradana olan sevginin ifadəsidir ki, bu da öz növbəsində zehni və bədəni dinclik və sevinclə doldurur.
 
Ən böyük səxavətimiz: varlıq və diqqət...
 
Maddi səxavət başqalarına verə biləcəyimiz şeylərin yalnız kiçik bir hissəsidir. Ən dəyərli, lakin əvəzsiz hədiyyələrdən biri də səmimi varlığımız və diqqətimizdir. Ölüm yatağında insanlar qazandıqları pul və ya aldıqları şeylər haqqında düşünmürlər. Onlar insan qayğısının istiliyini qiymətləndirirlər. Həkim gülümsəyəndə, gözlərinizə baxanda, zarafat edəndə və ya sadəcə sizə vaxt ayıranda - bu, pulla ölçülə bilməyən bir şey olur...
 
İslamda ailə bağlarını qorumaq çox dəyərlidir, lakin qonşulara (müsəlman və ya qeyri-müsəlman) yaxşı davranmaq da saleh bir əməldir. Peyğəmbər əleyhissəlam ﷺ öyrədir ki, qonşuya sadəcə gülümsəmək belə, sədəqədir. Uşaqla məktəb işləri haqqında səmimi söhbət, ofisianta təşəkkür etmək, xadiməni salamlamaq, sizi haradasa düşürmüş sürücüyə uğurlar arzulamaq - bütün bunlar maddi baxımdan dəyəri bircə qəpik olmayan, lakin həyatımızı dəyişdirən və bizi Allahın razılığına yaxınlaşdıran səxavətli jestlərdir...
Gəlin özümüzdən soruşaq: Uşağınız sizə məktəbdə gününün necə keçdiyini danışanda, varlığınız və diqqətinizlə səxavətlə bölüşürsünüzmü? Həyat yoldaşınız çətin bir gündən şikayətləndikdə, özünüz yorğun olsanız belə, ona diqqətinizi yönəltməyə hazırsınızmı? Çətin vəziyyətə düşən dostlarınıza və həmkarlarınıza nə qədər səmimi diqqət yetirirsiniz? Yoxsa yöndəmsiz bir söhbəti tez bir zamanda bitirməyi üstün tutursunuz?
 
İlk baxışdan, insanların dərdinə şərik olmaq və onları qəbullanmmaq  maddi hədiyyələrdən daha çətindir. Bunu etmək üçün şüurlu şəkildə "burada və indi" olmağa diqqət yetirməli və ürəyinizi hadisələrin istənilən inkişafına açmalısınız. Diqqətinizi yönəltdiyiniz insanın hədiyyənizə heç bir reaksiya verməməsi və ya hətta rədd etməsi mümkündür. Və yenə də, rədd edilmə riskinə baxmayaraq, bu cür səxavətin gözəlliyi ondadır ki, onu gün ərzində saysız-hesabsız dəfə göstərmək olar.
 
İslamda səxavət: Cənnətə aparan bir fəzilətdir... 
 
İslam lap əvvəldən səxavəti möminlərin əsas fəziləti kimi müəyyən etmişdir. Quran və Sünnə Allah yolunda xərcləməyə çağırışlarla doludur və bunun üçün həm bu dünyada, həm də axirətdə mükafat vəd edir...
 
Müasir elm yalnız təsdiqləyir ki, Allah beynimizi elə yaradıb ki, təmənnasız bağışlama və fədakarlıq insanlar üçün təbii xoşbəxtlik və uzunömürlülük mənbəyidir. Allah-Təala bizi səxavətli və mərhəmətlilərdən etsin. Amin... 
 
Müəllif: Almaz Abdraxmanov”
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər