İki kollecə yeni rəhbər təyinatları oldu
Elm və Təhsil
297
11:22, Bu gün

İki kollecə yeni rəhbər təyinatları oldu

Şəki və Gəncə şəhərlərində fəaliyyət göstərən kolleclərə yeni rəhbər təyinatları olub.
 
Bu barədə Moderator.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) məlumat verilib.
 
Bildirilib ki, EATDA-nın müvafiq əmri ilə Günel Mustafayeva Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini, Xəyal Poladov isə Gəncə Regional Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.
 
Günel Mustafayeva ali təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Tarix” ixtisası üzrə alıb. O, əmək fəaliyyətinə 2007-ci ildə Şəki rayonu Aşağı Göynük kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi olaraq başlayıb və 2020-ci ilədək fəaliyyətini davam etdirib. 2020-ci ildən etibarən son təyinatadək həmin müəssisədə direktor vəzifəsində çalışıb.
 
G.Mustafayeva müxtəlif ixtisasartırma proqramlarında və layihələrdə iştirak edib, ADA Universitetinin “Bir Müəllimin Manifesti” təhsil proqramını, “İnnovativ məktəb direktorları” layihəsini uğurla başa vurub.
 
Xəyal Poladov ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Coğrafiya müəllimliyi” ixtisası üzrə alıb.
 
O, əmək fəaliyyətinə 2006-cı ildə Tovuz rayonu X.Cəfərov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, 2009–2022-ci illərdə Tovuz rayonu R.Alıyev adına tam orta məktəbdə fəaliyyətini davam etdirib. 2022-ci ildən etibarən son təyinatadək Tovuz rayonu Yanıqlı kənd tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər