UNEC-də qızlar üçün yeni layihə hazırlanır
Elm və Təhsil
209
13:54, Bu gün

UNEC-də qızlar üçün yeni layihə hazırlanır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qızların elmə marağının artırılmasına yönəlmiş yeni layihə üzərində işlər aparılır.
 
Universitetdən Moderator.az-a verilən məlumata görə, təşəbbüsün əsas məqsədi qızların elmi fəaliyyətə daha geniş şəkildə cəlb olunmasına və onların tədqiqat potensialının inkişafına dəstək verməkdir.
 
Layihə çərçivəsində müxtəlif elmi istiqamətlər üzrə maarifləndirici tədbirlərin, seminar və təlimlərin təşkili planlaşdırılır. Eyni zamanda, qızların erkən yaşlardan elmi mühitə inteqrasiyası, onların tədqiqat bacarıqlarının formalaşdırılması və gələcək akademik karyera imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
 
Universitetdə son illər qadınların elmə cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. “Elm və qadınlar” mövzusunda konfrans və simpoziumlar təşkil olunur, qadın tədqiqatçılar üçün əlavə imkanlar yaradılır və onların elmi fəaliyyətə marağının artırılması məqsədilə müxtəlif təşviq proqramları icra edilir.
 
Mütəxəssislər bu təşəbbüsün qızların elmə marağının artırılmasına və ölkədə elmi inkişafın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirirlər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər