Almatıda Azərbaycana həsr olunmuş “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək
Elm və Təhsil
320
11:00, Bu gün

Almatıda Azərbaycana həsr olunmuş “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək

7-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində "Study in Azerbaijan" təhsil sərgisi keçiriləcək.
 
Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, tədbir geniş spektrli təhsil proqramları, təqaüd imkanları təqdim etmək və ziyarətçiləri ölkəmizdəki tələbə həyatı ilə tanış etmək məqsədilə Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək.
 
Sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri xaricdə yüksək keyfiyyətli təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər