BDU-da
Elm və Təhsil
253
14:25, Bu gün

BDU-da "İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb

Bakı Dövlət Universitetində (BDU) 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə gününə həsr olunmuş “İlin alimi” müsabiqəsinin nəticələri açıqlanıb.
 
Bu barədə Moderator.az-a universitetdən məlumat verilib.
 
Komissiyasının qərarına əsasən, təbiət-dəqiq və texnika elmləri üzrə Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı I, Biofizika və biokimya kafedrasının baş müəllimi Aygün Nəsibova II və BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin müdiri Şahin Ağayev və Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri Xudaverdi Qənbərov III yerə layiq görülüblər.
 
Humanitar və ictimai elmlər üzrə Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının professoru Aida Qasımova II və Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Lalə Əliyeva III yerə layiq görülüb.
 
Müsabiqədə I yerin qalibləri 2500, II yerin qalibləri 1500, III yerin qalibləri isə 1000 manat pul mükafatı və diplomla təltif edilirlər.
 
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqənin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək nəticələrə nail olan, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən BDU əməkdaşlarının mükafatlandırılmasıdır.
Link kopyalandı!
Son xəbərlər