Məktəbin pəncərəsindən yıxılan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA
Elm və Təhsil
180
15:10, Bu gün

Məktəbin pəncərəsindən yıxılan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonunun 233 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdinin bu təhsil müəssisəsinin pəncərəsindən yıxılması ilə bağlı məlumat yayıb.
 
İdarədən Moderator.az-a verilən məlumata görə, 233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb.
 
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.
 
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
 
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda qeyd edilib.
 
Link kopyalandı!
Son xəbərlər