Yeni reytinq və UNEC-in yeni uğuru
Elm və Təhsil
368
09:46, Bu gün

Yeni reytinq və UNEC-in yeni uğuru

SCImago reytinqi 2026-cı il üçün nəticələrini açıqlayıb. 

Moderator.az xəbər verir ki, SCImago Institutions Rankings universitetlərin, tədqiqat institutlarının və digər elmi təşkilatların elmi fəaliyyətini (50%), innovasiya gücünü (30%) və ictimai təsirini (20) ölçən beynəlxalq reytinq və analitik sistemdir. 

Reytinqdə 5491 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 10827 müəssisə  iştirak edib.

Azərbaycanın 10 universiteti bu reytinqdə yer alıb. İlk dəfə 2009-cu ildə cəmi 2 müəssisə ilə  SCImagoda iştirak edən Azərbaycan 2026-cı ildə artıq 13 müəssisə ilə təmsil olunub. 

UNEC SCImago 2026 reytinqinə görə Azərbaycanda birincidir. 

Ümumilikdə 6 elmi istiqamət üzrə mövqeyini yaxşılaşdıran UNEC “İqtisadiyyat, Ekonometrika və Maliyyə”, “Biznes, Menecment və Mühasibat uçotu”, “Sosial elmlər”, “Enerji”, “Kompüter elmləri”, “Mühəndislik”, eləcə də “İncəsənət və Humanitar elmlər” istiqamətləri üzrə Azərbaycanda liderdir.

Link kopyalandı!
Son xəbərlər