Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI
Elm və Təhsil
315
11:27, Bu gün

Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ - Tarix AÇIQLANDI

2022-2028-ci illəri əhatə edən və gənclərin dünyanın qabaqcıl ali təhsil ocaqlarında oxumasını hədəfləyən dövlət proqramı üzrə növbəti mərhələ elan edilib.

Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2026-2027-ci akademik ili üçün sənədlərin qəbulu prosesinə 2026-cı il aprelin 15-dən etibarən start veriləcək.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı 12 yanvar 2026-cı il tarixində ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə keçiddən tanış olmaq mümkündür.

Dövlət Proqramı ilə bağlı suallarınıza isə aşağıdakı müvafiq linklərdən istifadə edərək cavab tapa bilərsiniz.

Bakalavriat / Magistratura

Doktorantura

 

Link kopyalandı!
Son xəbərlər