Quran ayələrinin gerçəkliyinin elmi sübutları...-ARAŞDIRMA
Elm və Təhsil
233
18:38, Bu gün

Quran ayələrinin gerçəkliyinin elmi sübutları...-ARAŞDIRMA

-CÜMƏ BƏHSLƏRİ...-
 
“Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir...” –Qurani-Kərim Hədid surəsi, 20)
 
“Qurani-Kərimin bir sıra ayələrində öz əksini tapmış varlığımızın illüziya olması fikri materialist fizika üçün “əbədi sirr”dir...”
 
“Maks Plankın zamanın diskretliyini(fasiləlik) və nəticədə məkanın fasiləsizliyini kəşf etməsi, Quran ayələrinin və İslam elminin hər şeyin bir illüziya, "oyun və əyləncə" olması tezisinin həqiqətini sübut edir...”
 
"Allahın yaratdığı varlıq anlayışının nəticəsi mahiyyət etibarilə İslamın mənasını və məqsədini əks etdirir: ruhunu əbədiyyətə hazırlamaq, maddi dünyanı Yaradanın illüziyası kimi qəbul edərək yaşamaq..."
 
Moderator.az bir çox oxucuların marağını nəzərə alaraq “İslamdag” nəşrində dərc olunmuş “Quran ayələrinin gerçəkliyinin elmi sübutları” başlıqlı araşdırma yazının tərcüməsini təqdim edir:
 
“Tövrat, İncil və Quran kimi monoteist dinlərin Müqəddəs Yazılarında olan ilahi məlumatların hərfi mənada başa düşülə bilməməsi bir aksiomdur. Allahın kitablarının təlimləri o qədər dərin həqiqəti ehtiva edir ki, hazırlıqsız bir fərddən ötrü onların əlçatanlığı həmin adamın özü üçün ciddi nəticələrə səbəb ola bilər.
 
Uca Tanrının həqiqəti yalnız nəfsimizin çirkabından azad olmuş təmiz bir ruh üçün əlçatandır. Üstəlik, Quranın məlumatlarını sırf formal məntiq və şüurumuzun gücləndirilməsi yolu ilə anlamağa çalışmağın faydası azdır. Müqəddəs Yazılar maddi dünyamızın həqiqətlərindən daha yüksək olan transsendental, yəni axirət - o biri dünya məlumatlarını çatdırır. Buna görə də İslamın əsas funksiyalarından biri fərdin ruhunu namaz və oruc vasitəsilə təmizlənməklə Quran həqiqətinin qavranılmasına hazırlamaqdır...
 
Lakin Quranın bəzi böyük həqiqətləri çağdaş elm sayəsində bizə aşkar edilir. Məsələn, tədqiqatçılar müsəlmanlar Kitabında(Quranda-S.L.) dənizlərin əks cərəyanları ilə bağlı ayədə bildirilən məlumatı parlaq şəkildə sübut etmişlər:
 
مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَا يَبْغِيَانِ فَبِأَيِّ فَبِأَيِّ آلاك تُكَذِّبَانِ
 
Mənası:
 (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (Ər-Rəhman surəsi, 19-21)
 
Müsəlmanlar üçün bu heyrətamiz kəşfi edən Jak İv Kusto yazırdı: "Bu, mənim üçün gözlənilməz bir şey idi. Həqiqətən də, Quranın tərcümələrinə baxdığım da bunun doğru olduğunu gördüm və sonra qharay çəkdim: "And içirəm ki, müasir elmin 1400 il geridə qaldığı bu Quran insanın söylədikləri ola bilməz." Bu, Uca Yaradanın gerçək sözləridir."
 
Dünyaca məşhur bu tədqiqatçının ifadəsi Quranın "Məkkəli tacir Məhəmməd tərəfindən yazıldığını" sübut etməyə çalışan ateist alimlərə qarşı əhəmiyyətli bir arqumentdir. "Ağıllı elmi tezislər" irəli sürərkən, onlar Quranın ən vacib aspektini "gözdən qaçırırlar": bu Kitabın kosmik obyektlərdən canlı varlıqların embrionunun təkamülünə qədər varlığın quruluşu haqqında təqdim etdiyi məlumatlar o dövrlərdə bilinə bilməzdi. Ananın bətnindəki canlı varlıqların inkişaf mərhələlərini kim bilərdi? Heç kim! Lakin Quran bunları və bir çox başqa hadisələri təsvir edir və onun transsendental mənşəyini sübut edir.
 
Qurani-Kərimin bir sıra ayələrində öz əksini tapmış varlığımızın illüziya olması fikri materialist fizika üçün “əbədi sirr”dir:
 
اعْلَمُوا أَنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ... وَمَا الْحَيَاةُ الدُّنَّمَا الدُّنَّمَا الْغُرُورِ
 
Mənası: 
“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.” (Hədid surəsi, 20)
 
الدُّنْيَا اِلَّا لَعِبٌ وَلَهْوٌ ۖ وَلَدَّارُ الْآخِرةُ خَيْرٌ لِلَّذين يَتَّقُونَ ۗ أفلا تَعْقِل
 
"Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? Məgər başa düşmürsünüz?" (Ənam surəsi, 32)
 
Maks Plankın zamanın diskretliyini(fasiləlik) və nəticədə məkanın fasiləsizliyini kəşf etməsi, Quran ayələrinin və İslam elminin hər şeyin bir illüziya, "oyun və əyləncə" olması tezisinin həqiqətini sübut edir. Bu o deməkdir ki, biz öz gözlərimizlə Uca Tanrının bizi bu dünyəvi dünyada sınamaq üçün yaratdığı böyük bir illüziyanı görürük.
 
Allahın bizə qadağan etdiyi bir çox şey var. Uca Yaradan onlara Müqəddəs Yazıları nazil edərək bizə peyğəmbərlər göndərib...
 
Həqiqət budur ki, zaman və buna görə də həyatın özü çox qısa anlardan ibarət olduğu üçün hadisələri formalaşdıraraq axa bilməz. Zaman varlığımızı o qədər qısa anlara - bir saniyə mənfi 47 dərəcəyə  bölür ki, onun kəsilməsini hiss edə bilmirik. Necə ki, bir filmdə olduğu kimi, saniyədə 24 kadrdan çox kadr sürəti reallığın hərəkət etdiyi illüziyasını yaradır, amma onu yavaşlatsanız, hər şey dayanır.
 
Beləliklə, varlığımız Allahın izni olmadan mənasını anlaya bilməyəcəyimiz ecazkar bir fenomendir. Belə qısa anlardan ibarət olan varlığın mahiyyəti şüurumuz üçün əlçatmazdır. Yalnız varlığın hüdudlarından kənara çıxa bilən möminin saf ruhu yer üzündəki varlığımızın əsil mənzərəsini anlaya bilər.
 
XX əsrdə fizika və kvant fizikası sahələrində edilən kəşflər əsrlər boyu "maddənin ilkin, şüurun ikinci dərəcəli" olduğunu iddia edən ateist elmin mövqeyinə qəti zərbə vurdu. Həqiqət budur ki, nüvə fizikasına görə, möhkəmliyə malik bir maddə kimi maddə mövcud deyil. Möhkəm, sabit və hərəkətsiz kimi qəbul etdiyimiz hər şey sadəcə bir illüziyadır. Maddə çəkiyə malik atomlardan ibarətdir. Lakin atomun özü hamısının kütləsi olmayan elektronlardan, protonlardan, mezonlardan və hiperonlardan ibarətdir. Məlum olur ki, maddə qeyri-maddədən ibarətdir...
 
Bundan əlavə, kvant fizikasındakı kəşflər sübut edir ki, varlığın əsas hissəciyi olan elektron maddə - materiya ola bilər və ya olmaya bilər. Bu paradoks elektronun maddənin əsası olan hissəcik ola bilməsi və ya maddə mahiyyəti olmayan dalğa kimi çıxış edə bilməsi səbəbindən yaranır. Üstəlik, elektrondakı və buna görə də bütün varlıqdakı dəyişikliklər "müşahidəçidən", yəni alim-tədqiqatçıdan asılıdır. Beləliklə, burada müasir elmə əsaslanan Uca Tanrının varlığının sübutunu görmək lazımdır. Çünki Allah yalnız hər şeyin Yaradanı deyil, həm də hər an Öz yaratdığını idarə edir. Bu, zamanın dayandığı qısa anlarda baş verir...
 
Yəni Uca Tanrı Kainatın bütün struktur hissələrinin daim yenilənməsi yolu ilə maddi varlığımızı (əslində heç də maddi olmayan) təmin edir. Mezonlardan, hiperonlardan, kvantlardan tutmuş yüz milyonlarla ulduz və planeti ehtiva edən metaqalaktikalara qədər bütün bunlar Allahın daimi nəzarətindədir.
 
Üstəlik, Quranda materialist elm nümayəndələrinin də etiraf etdiyi varlığın əbədiliyinə dair ayələr var:
 
مَا عِنْدَكُمْ يَنْفَدُ ۖ وَمَا عِنْدَ اللَّهِ بَاقٍ ۗ وَلَنَجْزِيَنَّ الَّذِينَ ُابار أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
 
"Sizdə olan (dünya malları) tezliklə xərclənəcək, lakin Allah yanında olanlar əbədi olaraq qalar. Biz səbir edənləri etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracaq və onların pis əməllərini bağışlayacağıq". (Nəhl surəsi, 96)
 
Lakin dialektik metodologiyadan məhrum olan ateist elm yalnız maddi varlığın əbədiliyini tanıyır. Ateistlərin bu tezisi monoteist dinlərin təlimlərinə ziddir, çünki Kainat Uca Tanrı tərəfindən yaradılmışdır. Dialektika prinsiplərinə tam uyğun olaraq, sitat gətirilən ayə varlığı iki hissəyə bölür. Allahın dünyası həmişə olub və olacaq, "Allahın yanında olan əbədidir", çünki Yaradan Mütləq Enerjiyə malikdir. O, "görünməyən varlıq" şəklində, yəni sahə səviyyəsində də daxil olmaqla, mövcud olan və olacaq hər şeyin mənbəyidir.
 
Dünyamız sadəcə fizikanın ilahi qanunlarına və termodinamikanın ikinci qanununa əsaslanan varlıq illüziyasıdır. Və o, unudulacaq - "Sahib olduğunuz şey tükənəcək". Astrofizikaya görə, maddi Kainat Böyük Partlayış nəticəsində yaranıb və ilahi qanunlara uyğun olaraq sonda yoxluğa gömüləcək.
 
Allahın yaratdığı varlıq anlayışının nəticəsi mahiyyət etibarilə İslamın mənasını və məqsədini əks etdirir: ruhunu əbədiyyətə hazırlamaq, maddi dünyanı Yaradanın illüziyası kimi qəbul edərək yaşamaq...”
 
Tərcümə və təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər