Bizi sosial şəbəkələrdən izləyin:
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı təhsilalanlar üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
Bu barədə Moderator.az-a Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, eksternat qaydasında Bakı şəhəri üzrə keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 və tam orta təhsil səviyyəsi üzrə 1 şagird olmaqla, ümumilikdə 2 şagird uğur əldə edib.
Müsabiqədən uğurla keçən şagirdlər müvafiq olaraq cari tədris ilinin ikinci yarım ilindən etibarən bir sinif yuxarı sinifdə təhsillərini davam etdirmək imkanı qazanıblar.