“ “İdrak” liseyində dərslər davam edir...-Deyilənlərin xeylisi dezinformasiyadır...”
Elm və Təhsil
3341
06 Feb 2026 | 12:32

“ “İdrak” liseyində dərslər davam edir...-Deyilənlərin xeylisi dezinformasiyadır...”

“Bu gün səhər Bakı-“İdrak”liseyində baş vermiş olay barədə yazılan və danışılanların xeyli hissəsi dezinformasiyadır.  O cümlədən guya insidentdən sonra məktəbdə tədris prosesinin dayanması barədə məlumatlar da yalandır”. 
 
Bunu Moderator.az-a açıqlamasında “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov söyləyib. 
 
“Məktəbimizdə tədris prosesi davam edir. Hər şey qaydasındadır. Baş verənlərlə bağlı müvafiq tədbirlər görülür. İnsidentdə adı hallanan müəllimənin vəziyyəti normaldır. Narahatçılığa əsas yoxdur”, -deyə davamında professor bildirib.
 
Link kopyalandı!
Son xəbərlər