TKT imtahanına qeydiyyat aparılır
Elm və Təhsil
244
10:48, Bu gün

TKT imtahanına qeydiyyat aparılır

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 25-də elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50) TKT (Teaching Knowledge Test) imtahanı keçirəcək.
 
DİM-dən Moderator.az-a bildirilib ki, imtahana qeydiyyat martın 5-dək aparılacaq.
 
Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1, 2, 3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi), CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.
 
Qeyd edək ki, DİM Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını da təklif edir. Dövlət İmtahan Mərkəzi, həmçinin tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) təşkil edir.
 
Əlavə məlumat almaq üçün [email protected] ünvanı ilə əlaqə saxlamaq mümkündür.
 
İmtahana gələn namizədlər mütləq şəkildə şəkilli şəxsiyyət vəsiqəsini və “Confirmation of Entry” (CoE) sənədini ([email protected] ünvanından göndərilir) özləri ilə gətirməlidirlər. İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş (göy diyircəkli qələmdən istifadəyə icazə verilmir), pozan və karandaşyonan aparılmasına icazə verilir.
Link kopyalandı!
Son xəbərlər