Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirildi
Elm və Təhsil
162
14:40, Bu gün

Respublika Fənn Olimpiadalarının rayon mərhələsi keçirildi

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.
 
Bu barədə Moderator.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib.
 
Olimpiadada VIII–XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.
 
Rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.
 
Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.
 
Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlı şagirləri aşkar etmək və onların bilik səviyyəsini qiymətləndirməkdir.
 
Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvar tarixindən etibarən elan ediləcəkdir.
 
Link kopyalandı!
Son xəbərlər