Bu xanım Bakıda eyni anda iki məktəbə direktorluq edir
Elm və Təhsil
284
12:00, Bu gün

Bu xanım Bakıda eyni anda iki məktəbə direktorluq edir

Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov təqaüdə göndərilib.
 
Moderator.az "Unikal"ıa istinadla xəbər verir ki, onun yerinə müvəqqəti olaraq Şəfa Qurbanova təyin edilib.
 
Maraqlısı ondadır ki, Ş.Qurbanova eyni zamanda 135 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə 2022-ci ildə təyinat alıb. Şəfa Qurbanova hazırda həm 135, həm də 244 nömrəli məktəblərə rəhbərlik edir.
 
Link kopyalandı!
Son xəbərlər