Kolleclərə yeni təyinatlar oldu
Elm və Təhsil
190
15:53, Bu gün

Kolleclərə yeni təyinatlar oldu

Kolleclərə yeni təyinatlar olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, müvafiq əmrlə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
 
Qeyd edək ki, M. Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışıb. B. Əliyev isə 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib. 
Link kopyalandı!
Son xəbərlər