Data jurnalistikaya aid yeni dərs vəsaiti nəşr edilib
Elm və Təhsil
731
12:50, Bu gün

Data jurnalistikaya aid yeni dərs vəsaiti nəşr edilib

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayevanın “Telejurnalistika və data analiz” adlı dərsvəsaiti çap etmişdir. Müasir tədris ehtiyaclarına uyğun olaraq yazılmış dərs vəsaiti daim yenilənən televiziya jurnalistikasında, ümumən jurnalistika və multimedia yaradıcılığında aparıcı mövqe tutan data analizinin ən aktual məsələlərini özündə əks etdirir və tələbələrə bu sahədə ən yeni bilikləri aşılayır. 

Mövcud yayım praktikasının tələblərinə uyğun olaraq yazılmış dərs vəsaitində data analiz televiziyanın məlumat mənbəyi və jurnalist-reportyor işinin  vacib istiqaməti kimi nəzərdən keçirilir. Datanın mahiyyəti, verilənlər bazası kimi televerilişlərdə istifadəsi, xəbər istehsalı üçün önəmi, əldə edilib işlənməsi, vizuallaşdırılması, hekayə halına salınıb auditoriyaya çatdırılması kimi yaradıcılıq mərhələləri ön plana çəkilmişir

Ali məktəblərin jurnalistika fakültələrinin tələbələri və multimedia sahəsində çalışan jurnalistlər üçün nəzərdə tutulmuş dərs vəsaitinin elmi redaktoru dosent Sevinc Məmmədova, rəyçiləri isə professor Qulu Məhərrəmli və yeni media üzrə mütəxəssis Anzulə Cəfərovadır.

Link kopyalandı!
Son xəbərlər