Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ
Elm və Təhsil
737
12:33, Bu gün

Məktəblərdə yeni dərs tədris oluna bilər – RƏSMİ

“Məktəblərdə milli-mənəvi dəyərlərlə bağlı dərslərin yaradılmasına böyük maraq olarsa, bu məsələ Dövlət Standartlarına təklif edilə bilər”.

Moderator.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda panel müzakirəsi zamanı bildirib. 

Onun sözlərinə görə, hazırda yeni Dövlət Standartları hazırlanır:

"Belə bir dəyişiklik və ya əlavənin edilməsi üçün ümummilli səviyyədə qəbul olunmuş qərar olmalı, bu qərar müvafiq qaydada müzakirə edilərək normativ sənəd kimi təsdiqlənməlidir. Əgər bu sahəyə ciddi ictimai maraq olarsa, hazırlanmaqda olan yeni Dövlət Standartlarına əlavə edilə bilər".
 

Link kopyalandı!
Son xəbərlər