Bizi sosial şəbəkələrdən izləyin:
Oktyabr ayının 14-dən etibarən 2025-2026-cı tədris ilinin I yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib.
Bu barədə Moderator.az-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI sinifləri əhatə edir.
Bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib. 37000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.