Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlandı
Elm və Təhsil
137
11:30, Bu gün

Qrant müsabiqəsi çərçivəsində seçilən özəl bağçaların siyahısı açıqlandı

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri (bağça) üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib.
 
Bu barədə Moderator.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.
 
Müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.
 
Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.
Link kopyalandı!
Son xəbərlər