Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək - ƏRAZİLƏR ÜZRƏ SİYAHI
Elm və Təhsil
196
14:38, Bu gün

Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək - ƏRAZİLƏR ÜZRƏ SİYAHI

Azərbaycanda yeni məktəb binaları istifadəyə veriləcək və bununla bağlı tikinti işlərinə başlanılır.
 
Moderator.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.
 
Belə ki, respublika üzrə 2 ədəd məktəbəqədər və 17 ədəd tam orta məktəb binaları tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq.
 
Nazirliyin sifarişi ilə təhsil müəssisələrinin tikinti-quraşdırılması ilə bağlı layihə-smeta sənədlərini "Design Project" şirkəti 2,5 milyon manata hazırlayacaq.
 
Həmin təhsil müəssisələri aşağıdakılardır: 
 
Xızı rayonu, Giləzi qəsəbə 40 yerlik körpələr evi-uşaq bağçası,
Xızı rayonu, Yeni Yaşma kənd 40 yerlik körpələr evi-uşaq bağçası,
Qusar rayonu, Qaratoba kənd 90 şagird yerlik modul tipli tam orta məktəbi,
Qusar rayonu, Həzrə kənd 90 şagird yerlik modul tipli tam orta məktəbi.
Sumqayıt şəhər Nizami Gəncəvi adına 1152 şagird yerlik texniki və təbiət elmləri liseyi,
Sumqayıt şəhər 27 nömrəli 1416 şagird yerlik tam orta məktəbi,
Xaçmaz rayonu, Hacəlibəy kənd 360 şagird yerlik tam orta məktəbi,
Qəbələ rayonu, Dızaxlı kənd 360 şagird yerlik tam orta məktəbi,
Qusar rayonu, Yasab kənd 264 şagird yerlik tam orta məktəbi,
Qusar rayonu, İmamqulukənd kənd 432 şagird yerlik tam orta məktəbi,
Ağdam rayonu, Hafiz Əsgərov adına Quzanlı qəsəbə 720 şagird yerlik tam orta məktəbi,
Masallı rayonu, Xırmandalı kənd X.Məmmədov adına 792 şagird yerlik tam orta məktəbi,
Xızı rayon N.Allahverdiyev adına Sitalçay kənd 180 şagird yerlik tam orta məktəbi,
Gəncə şəhər 42 nömrəli 360 şagird yerlik tam orta məktəbi,
Ucar rayonu, Qaracallı kənd 2 nömrəli 432 şagird yerlik tam orta məktəbi,
Tovuz rayonu, Hunanlar (Girzan) kənd H.Cəfərov adına 264 şagird yerlik tam orta məktəbi,
Sabirabad rayonu, Yolçubəyli kənd 528 şagird yerlik tam orta məktəbi,
Bərdə şəhər 1 nömrəli 528 şagird yerlik tam orta məktəbi,
Ağcabədi rayonu, Hacıbədəlli kənd 624 şagird yerlik tam orta məktəbi,
Hacıqabul şəhər V.Quliyev adına 6 nömrəli 432 şagird yerlik tam orta məktəbi,
Beyləqan rayonu, Ramiz Abbasov adına 4 nömrəli 432 şagird yerlik tam orta məktəbi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər