Bizi sosial şəbəkələrdən izləyin:
"Gələn il 25 mindən çox müəllimin sertifikasiyaya cəlb olunması gözlənilir".
Moderator.az xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu məqsədlə dövlət büdcəsində əlavə 58.4 milyon manat olmaqla, ümumilikdə sertifkatlaşdırma çərçivəsində əməkhaqqıya əlavələrlə bağlı 213 milyon manat vəsait proqnozlaşdırılıb:
"Gələn il artıq demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyətinin sertifkatlaşdırılma prosesini bitirmiş olacağıq. Yalnız 2026-cı ildə uğursuz olan müəllimlərin 2027-ci ildə təkrar sertifkatlaşdırılması prosesi qalacaq. 2027-dən artıq 2022-ci ildə sertifkatlaşdırmadan keçən müəllimlər təkrar ikinci dövrədə sertifkatlaşdırmaya cəlb olunacaq”.