Bu, sadəcə tədqiqatdır, sizləri gecə yarıdan sonra yatmağa həvəsləndirməsin...
Gecə yarıdan sonra yatmağa alışmış insanlar yeni bir araşdırmada iştirak etmək və 600 dollara qədər qazanc əldə etmək imkanına malikdirlər. "Brigham and Women’s" xəstəxanasındakı (Boston, ABŞ) yuxu və sirkadian ritm pozuntuları bölməsi, Harvard Tibb məktəbi ilə əməkdaşlıq edərək, yuxu qrafiklərinin sağlamlığa təsirini öyrənmək üçün iştirakçıları cəlb edir.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu haqda "Newsweek" məlumat yayıb.
Tədqiqatda kimlər iştirak edə bilər?
Yuxu dərmanının gecə yarısından əvvəl yuxuya getməkdə çətinlik çəkən insanlara necə kömək edə biləcəyini daha yaxşı anlamağı hədəfləyən tədqiqatda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
-18-65 yaş arası yetkinlər.
-Adətən gecə yarısından sonra yatmağa gedən insanlar.
-Siqaret çəkməyənlər.
Tədqiqat necə aparılacaq?
Proses bir neçə mərhələdən ibarətdir:
Müayinə: üç-dörd həftəlik seçim prosesi.
Monitorinq: ən azı 35 gün evdə yuxu dərmanı istifadəsi və gündəlik qeydlərin aparılması.
İzləmə: ətraflı yuxu izləmə, dərman monitorinqi və tədqiqatçılarla dövri məsləhətləşmələr.
"Brigham and Women’s" xəstəxanası, demək olar ki, bir əsrlik yuxu tədqiqatlarının qabaqcıl tarixinə malikdir. Məhz burada 1929-cu ildə beynin yuxu vaxtını tənzimləyən və bədənin "əsas saatı" kimi tanınan bölgəsi ilk dəfə kəşf edilib. Bundan sonra həmin xəstəxana alimləri işığın insan daxili saatına necə təsir edə biləcəyini də müəyyən ediblər.
P.S. Bu, sadəcə tədqiqatdır, sizləri gecə yarıdan sonra yatmağa həvəsləndirməsin...
S.Laçın