“Yer kürəsi hər bir düşüncə, söz və əməlimizi
Elm və Təhsil
295
14:04, Bu gün

“Yer kürəsi hər bir düşüncə, söz və əməlimizi "qeyd edir"...-AĞLASIĞMAZ ARAŞDIRMA

“O gün [Qiyamət günü] Yer kürəsi şahid olduğu hər şeyi [Allahın qullarının onun üzərində etdiklərini] nəql edəcək..."- Qurani-Kərim
 
“Ətrafımızdakı dünyada təkcə canlı orqanizmlər deyil, həm də istənilən obyekt - daş, stul və ya şüşə parçası olsun - öz enerji-informasiya sahəsinə malikdir. Lakin çətin məsələ ondadır ki, şüurlu varlığın enerji-informasiya sahəsi cansız obyektlərin eyni sahələrindən kökündən fərqlidir...” -Professor Sidni Cekson (Böyük Britaniya).
 
Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Yer kürəsi əməllərimizi “qeyd edir”: düşünənlər üçün əlamət...” başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir: 
 
I YAZI
“Qurani-Kərimin “Zəlzələ” ("Silkələnmə") surəsinin 4-cü ayəsində deyilir: 
 
"O gün [Qiyamət günü] Yer kürəsi şahid olduğu hər şeyi [Allahın qullarının onun üzərində etdiklərini] nəql edəcək". 
 
Hüreyrənin, Allah ondan razı olsun, bu barədə dediyi rəvayət olunur: 
 
"Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) bu ayəni oxuduqda soruşdu: 
 
-"Yer kürəsi şahid olduğu hər şeyi nəql edər" sözlərinin mənasını bilirsinizmi?
 
 İnsanlar dedilər: 
 
-Allah və Onun Elçisi daha yaxşı bilir... 
 
O, cavab verdi:
 
-"Şahid olduğu hər şeyi nəql edər "sözləri Yer kürəsinin Allahın hər bir qulunun bütün əməllərinə şahid olduğunu bildirir. O deyəcək: "O, filan gündə filan şeyi etdi". "Şahid olduğu hər şeyi bildirmək" budur..." (Əhməd, Tirmizi, Nəsai). 
 
Təbəranidən aşağıdakı hədis də nəql olunur: 
 
"Özünüzü Yerdən qoruyun, çünki o, sizin anandır və onun üzərində yaxşı və ya pis əməllərini bildirməyəcəyi bir nəfər də yoxdur…"
 
Elm aləmində Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) xəbərdarlığı ilə uyğun gələn müəyyən nəzəriyyələr və fərziyyələr mövcuddur. Bunlardan biri də 1970-ci illərdə Britaniya ekoloqu Ceyms Lavlok tərəfindən irəli sürülən Qeya fərziyyəsidir. Bu fərziyyədə Yer kürəsi "özünütənzimləmə yolu ilə əsas ətraf mühit parametrlərini sabit səviyyədə saxlaya bilən superorqanizm" kimi təqdim edilir. Bu orqanizm yalnız öz-özünə baş verən prosesləri tənzimləmir, həm də digər planetlərlə əlaqə saxlayır, siqnallar göndərir və qəbul edir.
 
Bu sonuncu nəzəriyyəyə yaxın olan nəzəriyyə Yer kürəsini əhatə edən enerji şəbəkəsini "kəşf edən" Hartmann və Karrinin nəzəriyyəsidir. Son tədqiqatlara görə, "planetimizin bütün səthi davamlı enerji şəbəkəsidir, mahiyyət etibarilə vahid bir qəbuledici və ötürücü qurğudur." 
 
Professor Sidni Cekson (Böyük Britaniya) aşağıdakıları yazır: 
 
"Ətrafımızdakı dünyada təkcə canlı orqanizmlər deyil, həm də istənilən obyekt - daş, stul və ya şüşə parçası olsun - öz enerji-informasiya sahəsinə malikdir. Lakin çətin məsələ ondadır ki, şüurlu varlığın enerji-informasiya sahəsi cansız obyektlərin eyni sahələrindən kökündən fərqlidir. ...
 
Bütün məlum canlıların yalnız üç növü birinci növ enerji-informasiya sahəsinə (ruh) malikdir: insanlar, delfinlər və Yer. Həqiqətən də, beşiyimiz olan planet sadəcə metallardan, minerallardan, sudan və üzvi maddələrdən ibarət bir kürə deyil. Bu, şüurlu varlıqdır, nəhəng bir kainat icmasının bir hissəsidir. Yalnız bu fakt Yerdən kosmosun dərinliklərinə çox incə enerji səviyyəsində vaxtaşırı gedən sirli siqnalları izah edə bilər. Aydındır ki, onlar planetin özü tərəfindən "göndərilir"... Bu qəribə informasiya "paketlərində" hansı növ məlumatın olduğunu bilmirik. Bəlkə də bu, Kainatda normal bir "fikir mübadiləsi"dir...
Bir çox tədqiqatçı noosferi  Yerin ruhu, aurası adlandırır; Yer kürəsinin mövcudluğu boyunca topladığı bütün təcrübəni, eləcə də orada yaşamış insanların təcrübələrini özündə cəmləşdirən bir növ yerüstü aura. Bəzi mütəxəssislər hətta Yer kürəsində yaşamış hər bir insanın dediyi hər bir sözün, düşündüyü hər bir fikrin  noosferdə əbədi olaraq iz buraxdığına və ya qorunduğuna inanırlar. Başqa sözlə, Yer sadəcə üzərində yaşayan insanlar haqqında "bilmir"; o, onların hər birini və təcrübələrini də bilir...
 
"Kosmosun dərinliklərinə qədər uzanan geniş mənəvi bədəni ilə hamımızı əhatə edir." Bu, həm hədislərə, həm də Yer kürəsinin Qiyamət günündə hər bir insana şahidlik etməsi və onların əməllərini danışması barədə bəhs edən ayələrə tamamilə uyğundur. Və bu, nəticədə onun bütün bunlardan xəbərdar olacağını göstərir... Əgər dini mətnlər bir vaxtlar bizi bu barədə xəbərdar edirdisə, indi bu, fərqli, tədqiqata əsaslanan yanaşma ilə eyni nəticələrə gələn elm adamları tərəfindən təkrarlanır...
 
Asya Qagieva"
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər