Növbəti SAT imtahanı keçiriləcək
Elm və Təhsil
271
10:58, Bu gün

Növbəti SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 8-də rəqəmsal SAT imtahanı təşkil edəcək.
 
DİM-dən Moderator.az-a bildirilib ki, rəqəmsal SAT imtahanı Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək.
 
İmtahan verəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvana yaxınlaşsınlar.
 
İmtahan mərkəzlərinin ünvanları:
 
Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
 
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
 
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıda göstərilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:
 
- Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
 
- Buraxılış vərəqəsi – Admission Ticket;
 
- “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).
 
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.
 
İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.
 
İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, belə şəxslərin imtahana buraxılması mümkün olmayacaq.
 
Qeyd edək ki, noyabrın 8-də SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl Bluebook tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.
 
2025-ci ildə növbəti SAT imtahanının dekabrın 6-da keçirilməsi nəzərdə tutulur
 
Əlavə sual yarandığı halda [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər