Elm və Təhsil
394
08:44, Bu gün

"İki ildə İsrail tərəfindən Fələstində 20 mindən çox şagird və 1000-dən çox müəllim öldürülüb..."-RƏSMİ

Qəzza zolağında iki illik müharibə zamanı İsrail 19.932 tələbəni öldürüb, 30.102 nəfəri yaralayıb. 
 
Moderator.az "Islamnews"-a istinadla xəbər verir ki, "Arab News"-un məlumatına görə, bu məlumatlar çərşənbə axşamı Fələstin anklavının Təhsil Nazirliyi tərəfindən açıqlanıb.
 
Eyni dövrdə Qərb Sahilində 148 tələbə öldürülüb, 1045 nəfər yaralanıb. Ümumilikdə, iki il ərzində Fələstin ərazilərində 20.080 tələbə və 1037 müəllim İsrail təcavüzünün qurbanı olub.
 
"WAFA"-nın məlumatına görə, Qəzza zolağında 179 dövlət məktəbi və 63 universitet binası dağıdılıb.
 
BMT tərəfindən humanitar məqsədlər üçün istifadə edilən 18 dövlət məktəbi və 100 bina bombalar nəticəsində zərər görüb. Qərb Sahilində İsrail qüvvələri Yattadakı "Amira"orat məktəbini və Tubasdakı "Aqaba" orta məktəbini dağıdıb. İsrail təhlükəsizlik qüvvələrinin basqınları nəticəsində səkkiz universitet və kollec zərər görüb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər