Bizi sosial şəbəkələrdən izləyin:
Avropa İttifaqının Ermənistan Respublikasındakı Monitorinq Missiyasının nümayəndələri Geqarkunik mərzinin Vardenis icmasının Şatjrek kəndində olub və yerli məktəbin şagirdləri ilə görüşüblər.
Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu barədə Aİ Missiyasının "X" mikrobloqunda paylaşılan yazıda bəhs edilir .
"Oktyabrın 27-də Aİ Missiyası Martuni komandası Şatjrek kənd məktəbinə baş çəkdi. Burada 35 şagird missiya üzvlərimizi coşqu və maraqla qarşıladı. Şagirdlər Aİ-nin Ermənistandakı missiyasının işi və məqsədi haqqında daha çox məlumat əldə etdikcə səhərimiz müzakirələr, təbəssümlər və həqiqi maraqla doldu", - postda belə deyilir.