Nazir müavini:
Elm və Təhsil
270
16:08, Bu gün

Nazir müavini: "Sertifikasiya prosesi müəllim nüfuzunu artırıb, məktəblərə inam yaradıb"

"Sertifikasiya prosesi nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
 
O qeyd edib ki, sertifikasiya prosesi başlayanda narahatlıqlar və suallar var idi:
 
"Bu gün, demək olar ki, təhsilverənlər prosesi uğurla başa vurublar. Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçib. Onların ciddi bir hissəsi əməkhaqqına 35%, digərləri 10% əlavə alır. Bu prosesin nəticəsində həm müəllimin nüfuzu artıb, həm də məktəblərə inam yaranıb. Bu bizi sevindirir. Biz sistemimizdə üzərində işləyən, daha yaxşı təhsil verməyə can atan müəllimlərin yaratdığı müsbət dinamikanı görməkdən şadıq".
 
Nazir müavini əlavə edib ki, sertifikasiyada istədiyi nəticəni əldə edə bilməyən təhsilverənlərin yenə də şansı var:
 
"2022-ci ildə sertifikasiyadan keçənlər 2027-ci ildə yenə bu prosesdən keçəcəklər. Biz kifayət qədər nikbinik".
 
Qeyd edək ki, 2025-ci il üçün sertifikasiya imtahanında iştirak edən müəllimlərdən 6 628 nəfər 51 və yuxarı bal toplayıb. Qeyd olunan nəticəni göstərən müəllimlərin maaşlarına 35 faiz artım əlavə olunacaq. Bundan əlavə, 11 min 316 nəfər iştirakçı 30-50 bal aralığında nəticə göstərib, həmin müəllimlərin maaşlarına isə 10 faiz artım əlavə olunacaq. Test və müsahibə mərhələsində uğur qazanmayan və ya iştirak etməyən 3 129 müəllim üçün təlimlər təşkil ediləcək.
Link kopyalandı!
Son xəbərlər