UFAZ-ın tələbələrinə iki yeni təqaüd veriləcək
Elm və Təhsil
254
14:40, Bu gün

UFAZ-ın tələbələrinə iki yeni təqaüd veriləcək

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinə iki yeni təqaüd veriləcək.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, bakalavr səviyyəsi üzrə "Kompüter elmləri", "Geologiya və geofizika mühəndisliyi", "Kimya mühəndisliyi", "Neft və qaz mühəndisliyi" və "Kimya" ixtisaslarında təhsil alan bir qrup tələbəyə "Mövsüm bəy Xanlarov" təqaüdünün veriləcəyi elan edilib.
 
Hər bir tələbə aylıq 200 manat məbləğində maliyyə dəstəyi alacaq. Bu isə onların akademik fəaliyyətlərini davam etdirməsinə və mükəmməllik səviyyəsini qorumasına yardımçı olacaq.
 
Magistratura pilləsində təhsil alan və ümumi orta müvəffəqiyyət göstəricilərinə görə fərqlənən tələbələrə isə "Eyyub Tağıyev adına təqaüd" təyin edilib. "Data elmi və süni intellekt", "Fiziki kimya/Kimya mühəndisliyi" və "Yer elmləri" ixtisasları üzrə təhsil alan magistrantlar aylıq 250 manat məbləğində təqaüdlə təmin ediləcəklər.
Link kopyalandı!
Son xəbərlər