Qalmaqallı məktəb direktoru işdən azad edildi
Elm və Təhsil
604
09:18, Bu gün

Qalmaqallı məktəb direktoru işdən azad edildi

Eşqi Bağırov qalmaqallı məktəb direktorunu işdən azad edib.
 
Bu barədə  Moderator.az-a MÜTDA-dan məlumat verilib.
 
Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
 
Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Afaq Əliyevaya aid səs yazısı yayılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalan ifadə verməyə təhrik edir, amma müəllim buna razı olmadığını bildirirdi.
Link kopyalandı!
Son xəbərlər