Bizi sosial şəbəkələrdən izləyin:
Xəbər verilidyi kimi, 2025-ci il kimya üzrə Nobel mükafatı üç alimə verilib: Susumu Kitagava, Riçard Robson və Ömər Yagi. Onların metal-üzvi çərçivələr ("MOF") üzərindəki işləri səhrada suyun yığılmasından tutmuş karbon qazının tutulmasına qədər qlobal problemlərin həlli üçün yeni yollar açıb –
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, bu haqda Nobel Komitəsinin saytında yayılan məlumata görə,
laureatlardan biri olan müsəlman professor Ömər Yaginin həyatı xüsusi diqqətə layiqdir.
Ö.Yagi 1965-ci ildə Əmmanda fələstinli qaçqınların ailəsində anadan olub və İordaniyadan qlobal elmin ön sıralarına yüksəlib. Bu gün Yagi Berklidəki Kaliforniya Universitetinin professorudur və onun Nobel zəfəri Birləşmiş Ştatlar üçün vətəndaşlığa alınmış vətəndaşların istedadı və töhfələri sayəsində əldə edilən növbəti elmi zəfəridir.
Məhz Yagi ilk stabil metal-üzvi karkas yaratmağa və onun rasional dizaynı üçün prinsipləri işləyib hazırlamağa müvəffəq olub ki, bu da minlərlə yeni "MQF"-nin yaradılmasına yol açdı. Bu materialların bəşəriyyətə əsas ekoloji problemləri həll etməyə kömək edəcəyi gözlənilir.
Ömər Yaginin hekayəsi miqrantların gətirdiyi elmi potensialın onlara ev sahibliyi edən ölkələri necə zənginləşdirdiyini və dünya səviyyəli kəşflərə yol açdığını aydın şəkildə nümayiş etdirir. Onun qaçqınlıqdan Nobel mükafatı laureatına qədər şəxsi səyahəti intellektin və əzmkarlığın təntənəsinin parlaq nümunəsidir.
S.Laçın