Tanınmış professor liseydən kollecə direktor getdi
Elm və Təhsil
331
17:05, Bu gün

Tanınmış professor liseydən kollecə direktor getdi

Bakı şəhəri, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin direktoru, professor Nasim Abışov vəzifəsindən azad edilib.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib.

Nasim Abışov "Tərəqqi" liseyinə 2018-ci ildə direktor təyin olunmuşdu. O bu vəzifədə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanı əvəz etmişdi.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Link kopyalandı!
Son xəbərlər