Elm və Təhsil Nazirliyinin tabeliyində yeni publik hüquqi şəxslər yaradıldı - SİYAHI
Elm və Təhsil
203
12:28, Bu gün

Elm və Təhsil Nazirliyinin tabeliyində yeni publik hüquqi şəxslər yaradıldı - SİYAHI

Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:
 
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
 
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
 
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
 
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
 
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
 
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
 
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
 
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
 
Elm və Təhsil Nazirliyinin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər