Yazar
Sultan Laçın
Bütün yazılar
elmvetehsil
374
09:39, Bu gün

“3 şagirddən 1-i savadsızdırsa, onda neçə məmur, direktor və müəllimdən biri rüşvətxor və savadsızdır?..”

“Deyirəm, yaxşı ki, bu Elm və Təhsil Nazirliyi,  Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, nə bilim, Quşçuluq və Baytarlıq komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və  İdman Nazirliyi, Yazıçılar İttifaqı və s. kimi qurumlar var, arabir onları sərt tənqid edib jurnalist olmağımızla fəxr edirik...”
 
-3 CÜMLƏ İLƏ BİR “QUŞ”...-
 
-Elm və təhsil naziri hörmətli Emin Əmrullayev bu günlərdə çox mötəbər məclislərdən birində çox maraqlı və ibrətamiz etiraf etdi: “Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır”- yəni loru dildə desək,  ölkədəki 1 milyon 700 mindən çox şagird arasında təxminən 3 şagirddən biri və yaxud 600 minə yaxını savadsızdır...  
 
-Lətifəsi dəyərli nazirimizdən uzaq, bu açıqlamadan belə bir məntiqi sual meydana çıxır: ölkədəki əksər sahələrdəki problemlər kimi təhsil sahəsindəki çatışmazlıqların da əsasən rüşvətxorluq və korrupsiyadan, elə həm də məmur və müəllimlərin özlərinin savadsızlığından qaynaqlandığını nəzərə alsaq, görəsən, Azərbaycanda neçə dövlət məmuru, direktor və müəllimdən biri rüşvətxor və savadsızdır?..
 
-Digər sahələri deyə bilmərəm, amma təhsil sahəsindəki rüşvətxor, savadız müəllim, direktor və məmurların sayını düz aşağıdan üzü yuxarı- bu günlərdə Müəllim Günü ilə bağlı müəllim və direktorların  təbriki(!) üçün canfəşanlıq etmiş valideyn(?) komitələrindən başlayıb ardınca müəllimlərdən, sinif rəhbərlərindən, onların dalınca direktorlardan, onların da ardınca təhsil idarələrindən, onların da dalınca Elm və Təhsil Nazirliyinin özündən soruşub öyrənmək olar....
 
P.S. Deyirəm, yaxşı ki, bu Elm və Təhsil Nazirliyi,  Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, nə bilim, Quşçuluq və Baytarlıq komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və  İdman Nazirliyi, Yazıçılar İttifaqı və s. kimi qurumlar var, arabir onları sərt tənqid edib jurnalist olmağımızla fəxr edirik... 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər