Ən çox bu ixtisas üzrə diplomlar tanınmayıb - Agentlik sədri açıqladı
Elm və Təhsil
421
11:43, Bu gün

Ən çox bu ixtisas üzrə diplomlar tanınmayıb - Agentlik sədri açıqladı

"Uğursuz nəticələrin əksəriyyəti Rusiya və Ukrayna ali təhsil müəssisələrinin məzunlarına aiddir."
 
Moderator.az xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinq zamanı deyib.
 
O bildirib ki, 30 yanvar tarixində keçirilən növbəti imtahanda isə Rusiya diplomlularının 84 faizi, Ukrayna məzunlarının isə 94 faizi uğursuz nəticə göstərib.
 
“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hüquqşünaslıq ixtisası üzrə keçirilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72-si təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna düzgün cavab verərək tam (akademik və peşə) kvalifikasiyanın tanınması üzrə şəhadətnamə alıb”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər