Tələbələrimiz yenə də bütün dərslikləri baha qiymətə tapıb almalı və ya surətlərini çıxarmalı olacaqlar?..- EKSPERT
Elm və Təhsil
438
09:59, Bu gün

Tələbələrimiz yenə də bütün dərslikləri baha qiymətə tapıb almalı və ya surətlərini çıxarmalı olacaqlar?..- EKSPERT

Son 30 il ərzində nazirlik xətti ilə akademiya və universitetlər üçün heç bir dərslik çap olunmayıb, heç bir proqram hazırlanmayıb. Hazırlanan proqramlar isə ictimai əsaslarla, yəni keyfiyyətsiz... Müəllimlərə göstəriş verilir ki, dərslikləri özünüz yazın, öz hesabınıza çap eləyin, aparın, tərəbələrə satın...”
 
“Əslində orta məktəblərdə şagirdlərin dərsliklərlə təminatı məsələsi kəmiyyət baxımından nisbətən həll olunub. Lakin keyfiyyət baxımından vəziyyət  hələ də çox pisdir...”
 
Orta məktəblərimizin şagirdləri kiçik istisnalarla hər il adətən yetərincə yeni dərsliklərlə təmin edilir. Bəs ali məktəblərimiz: universitet və akademiyalarımız; onlarda sovet dövründən bəri qalan dərslik problemi yenə də qalırmı? Görəsən, bu il tələbələrimiz yenə də bütün dərslikləri baha qiymətə kitab mağazalarında axtarmalı və ya Milli Kitabxanadan götürüb surətlərini çıxarmalı olacaqlar?..
 
Tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:  
 
“Əslində orta məktəblərdə şagirdlərin dərsliklərlə təminatı məsələsi kəmiyyət baxımından nisbətən həll olunub. Lakin keyfiyyət baxımından vəziyyət  hələ də çox pisdir. Dərsliklərin məzmunu uşaqların yaşına uyğunluğu və anlaşılması baxımından çox bərbaddır. Bəyənmədiyimiz sovet dövrünün məktəb dərsliklərini indikilərlə müqayisə edəndə, çox böyük fərq görürük... Bir nümunə olaraq, 10 il əvvəl oxudum ki, İsrailin bəzi məktəblərində  XX əsrin 50-ci illərinin sovet dərsliklərindən istifadə edirlər. Bu dərsliklər artıq köhnə olsa da, bilavasitə dərslik kimi istifadə olunmasa da,  olimpiada hazırlığı və ya digər məqsədlər üçün yenidən istifadə olunur. Azərbaycanda isə müstəqillik əldə edilən kimi akademik Kolmoqorov səviyyəsində alimlərin yazdığı dərslikləri atdıq kənara və məktəbə aidiyyatı olmayan, məktəb təcrübəsinə malik olmayan şəxslərə bütün fənnlər üzrə dərsliklər yazmağı həvalə etdik. Həmin dərsliklər də nəyin əsasında çap olundu? Bir keyfiyyətsiz kurikulum proqramı əsasında... Nəticədə nə müasir standartlara, milli-mənəvi ənənlərimizə, nə də uşaqların yaşına uyğun olmayan dərsliklər meydana çıxdı...
 
 
O ki, qaldı ali məktəblərə. Ümumiyyətlə, son 30 il ərzində nazirlik xətti ilə akademiya və universitetlər üçün heç bir dərslik çap olunmayıb, heç bir proqram hazırlanmayıb. Hazırlanan proqramlar isə ictimai əsaslarla, yəni keyfiyyətsiz... Müəllimlərə göstəriş verilir ki, dərslikləri özünüz yazın, öz hesabınıza çap eləyin, aparın, tərəbələrə satın. Yəni, anlamaq olmur; müəllim alimdir, dərslik müəllifidir, yoxsa kitab satandır. Və bu yanaşma da 25 ildir bizim təhsil sistemimizdə var. Belə eybəcər bir sistemdir. Ona görə də ailə məktəblərdə dərslik problemi orta məktəbdəkindən daha kəskindir. Bu problem nə keyfiyyət, nə kəmiyyət baxımından həll olunur. Və bu minvalla bu tədris ilində də ali məktəblər üçün heç bir dərslik çapı gözlənilmir…”
 
Təqdim etdi: 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər