“Uşaqlarımızın onurğalarının əyilməsinin əsas səbəbi təhsil məmurlarınun varlanmaq maraqlarıdır...”-EKSPERT
Elm və Təhsil
423
14:04, Bu gün

“Uşaqlarımızın onurğalarının əyilməsinin əsas səbəbi təhsil məmurlarınun varlanmaq maraqlarıdır...”-EKSPERT

“Dövlətin on illər öncə verdiyi qərarla dərsliklər pulsuzdur. Amma nazirlik pul qazanmaq üçün çıxış yolu tapdı və əlavə vəsaitlər, metodik materiallar çap etməyə və onları satmağa başladılar. Şagirdlərin çantalarını ağırlaşdıran da əsasən əlavə vəsaitlərdir..."
 
“Bəli, orta məktəb  şagirdlərinin dərslikləri çox ağırdır. Ona görə ki, onların çap olunduğu kağızları da məktəb dərslikləri üçün nəzərdə tutulmuş standartlara uyğun deyil. Yəni qalındırlar.  Biz məktəbdə oxuyanda da dərsliklərimiz  vardı, amma onları  çantalarımızda daşıyanda çətinlik çəkmirdik, ata-anamız bizə kömək etməyə məcbur olmurdu. İndi isə bu vəziyyət uşaqlar üçün onların sağlamlıqları baxımından fəlakət halına gəlir...
 
Dövlətin on illər öncə verdiyi qərarla dərsliklər pulsuzdur. Amma nazirlik pul qazanmaq üçün çıxış yolu tapdı və əlavə vəsaitlər, metodik materiallar çap etməyə və onları satmağa başladılar. Şagirdlərin çantalarını ağırlaşdıran da əsasən əlavə vəsaitlərdir... 
 
Təhsil eksperti İlham Əhmədov bu fikirləri Moderator.az-a açıqlamasında “İbtidai sinif şagirdləri yenədəmi, az qala, çəkilərinin yarısına bərabər ağır dərslik və əlavə vəsait yükü ilə məktəbə getməli olacaqlar?” sualını belə cavablandırıb.
 
“Təəssüf ki, 20-25 ildir Azərbaycanda təhsil öyrətməkdən çox biznes məqsədi daşıyır. Harada pul qazanmaq imkanı varsa, təhsil məmurları tez oraya “innovasiyalar” tətbiq edirlər. Daha düşünmürlər ki, buna ehtiyac varmı, bunun təhsilə xeyri var, ya yox - sadəcə, öz şəxsi maraqlarını güdürlər. Uşaqların həm fiziki, həm elmi-metodik mənada dərsliklərinin ağır olması və uşaqların onurğalarının əyilməsinin də əsas səbəbi məhz hansısa təhsil məmurları qrupunun varlanmaq maraqlarıdır”, -deyə həmsöhbətimiz davamında belə deyib.  
 
“Problemin ikinci tərəfi ondan ibarətdir ki, müasir ölkələrdə uşaqların məktəbə gündə dərslik aparmasına ehtiyac yoxdur. Çünki məktəblərdə uşaqlara pulsuz planşet paylayıblar. Və  bütün dərsliklər elektron formatda planşetlərə yerləşdirilib də var. Odur ki, şagirdlər çantalarında məktəbə yalnız bir neçə kitab və dəftər gətirir. Yəni əlavə yükə ehtiyac olmur. Bizdə hər şey tərsinədir”, - ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər