Bütün məktəblərdə şagird davranış qaydaları tətbiq ediləcək
Elm və Təhsil
186
14:00, Bu gün

Bütün məktəblərdə şagird davranış qaydaları tətbiq ediləcək

“Yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumtəhsil müəssisələrində tətbiqinə nail olacağıq”.
 
Moderator.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ilinə həsr olunan tədbirdə çıxışı zamanı deyib.
 
"Şagird davranış qaydaları mövcuddur. Həmin qaydalar 300 ümumtəhsil müəssisəsində tətbiq edilir. Bu qaydalara əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz"- o əlavə edib.
 
E.Bağırovun sözlərinə görə, bu qaydaların ölkənin digər məktəblərini əhatə etməsi üçün son tamamlama işləri görülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər