17:48
27°C
Bakı
Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər //portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.